Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluqdan məlumat verilib.
Görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov çıxış edərək, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib. O, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görüldüyünü vurğulayıb.
Komandan qeyd edib ki, Hərbi Dəniz Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadirdir.
Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.