“Blue Origin” şirkətinə məxsus “New Glenn” ağır qaldırıcı raketi Floridada həyata keçirilən mühərrik sınaqları zamanı partlayıb. Hadisə ilə bağlı görüntülər NASA-nın “Spaceflight” portalında yayımlanıb.
İlkin məlumatlara əsasən, insident yerli vaxtla saat 21:00 radələrində baş verib. “Blue Origin” şirkəti sınaq prosesində “anomaliya” qeydə alındığını təsdiqləyib. Şirkətin açıqlamasına görə, hadisə nəticəsində əməkdaşlar arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, “SpaceX” şirkətinin buraxılış vasitələrinə rəqib kimi görülən “New Glenn” raketinin ilk uçuşu 2025-ci ilin yanvar ayında reallaşdırılmışdı.