Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada bir evdən beş körpənin sümükləri tapıldı

2 dəq
Paylaş:
Fransada bir evdən beş körpənin sümükləri tapıldı

Fransanın cənub-şərqində yerləşən şəhərində yaşayış mənzilində apardığı axtarış zamanı qutuların içərisində beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə 32 qadının bazar günü evdə sağlam uşaq dünyaya gətirməsindən və daha sonra xəstəxanaya yerləşdirilməsindən sonra üzə çıxıb.

Qadınla birlikdə yaşayan 32 yaşlı həyat yoldaşı onun hamilə olduğunu gec fərq etdiyini bildirib.

Evdə apardığı yoxlama zamanı insan qalıqlarına bənzər hissələr aşkar edən kişi bu barədə xəstəxanaya məlumat verib, bundan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə əsasən, qalıqların beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilir. Dəqiq nəticənin meyitlərin ekspertizasından sonra məlum olacağı bildirilib.

Məlumata görə, cütlüyün 8 və 9 yaşlarında daha iki övladı da var. İstintaq davam edir və polis hələlik ana ilə ifadə ala bilməyib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax