Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vladimir Putin həbsdə olan Robert Köçəryanı təbrik edib

2 dəq
Paylaş:
Vladimir Putin həbsdə olan Robert Köçəryanı təbrik edib

Rusiya Prezidenti Ermənistanın ikinci prezidenti Robert Köçəryanı 72 illik yubileyi münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Kremlin məlumatına görə, Putin təbrik teleqramında Robert Köçəryanın Rusiya ilə arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafındakı şəxsi rolunu xüsusi vurğulayıb.

Rusiya lideri məktubunda Robert Köçəryana möhkəm cansağlığı və ruh yüksəkliyi arzulayıb.

Putin, həmçinin, keçmiş prezidentə və onun ailə üzvlərinə hazırda üzləşdikləri çətinliklər qarşısında dözümlü olmağı diləyib.

“Rusiyada sizin ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfə unudulmur”, - deyə təbrikdə bildirilib.

Xatırladaq ki, avqustun 25-də hüquq-mühafizə orqanları Robert Köçəryanın, onun oğlu Levonun evlərində, habelə ailəyə məxsus şirkətlərdə axtarışlar aparıb.

Bu əməliyyatlardan sonra və onun böyük oğlu Sedrak həbs ediliblər.

Eks-prezidentə qarşı qanunsuz yolla əmlak əldə etmə ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaqın versiyasına görə, Köçəryan olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər şəxslərlə cinayət əlbirliyi qurub və ictimai-iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə ələ keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə