Operativ Məlumat Mərkəzi

Viktor Orban: "Ukrayna rəhbərliyi həddi aşdı"

2 dəq
Paylaş:
Viktor Orban: "Ukrayna rəhbərliyi həddi aşdı"

Macarıstanın Orban hakimiyyətini sərt tənqid edib və Budapeştin Kiyevə Avropa İttifaqının maliyyə dəstəyinə qarşı mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Orban bu barədə hesabında paylaşım edib.

bildirib ki, Ukrayna rəhbərliyi “həddi aşıb” və Macarıstan son bir neçə gündür təhlükə ilə üz-üzədir.

“Biz münaqişə axtarmırdıq, amma Ukrayna rəhbərliyi həddi aşdı. Macarıstan artıq bir neçə gündür ki, təhlükə altındadır”, – deyə Orban qeyd edib.

Onun sözlərinə görə, nə Ukrayna Prezidenti Vladimir Zelenskinin, nə də ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinin təhdidləri Macarıstanın öz milli maraqlarını müdafiə etməsinə mane ola bilməz. Orban vurğulayıb ki, Budapeşt Kiyevə maliyyə vəsaiti göndərməyəcək, çünki “bu pullar macar ailələrinə məxsusdur”.

Baş nazir eyni zamanda Rusiyadan asanlıqla əldə edilən neft və qazın idxalına qadağa qoyulmasına da icazə verməyəcəklərini bildirib. O əlavə edib ki, Macarıstanda vətənpərvər hökumət hakimiyyətdə olduğu müddətdə bu məsələlərlə bağlı qərarlar nə Kiyevdə, nə də Brüsseldə qəbul olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax