Macarıstan Aİ-nin Rusiyadan enerji təchizatına qoyduğu qadağa ilə bağlı məhkəməyə müraciət edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.
Nazirin sözlərinə görə, Avropa Birliyi Şurasının Rusiyadan enerji təchizatını qadağan edən qərarı artıq qüvvəyə minib və bu səbəbdən Budapeşt planlaşdırıldığı kimi dərhal Avropa Birliyi Ədalət Məhkəməsinə müraciət edərək qərarın ləğvini tələb edib.
Siyarto bildirib ki, bu iddianın nəzərə alınacağına inanır.
Xatırladaq ki, yanvarın 28-də Peter Siyarto Macarıstanın 2025-ci ildə Rusiyadan rekord həcmdə — 7,8 milyard kubmetr qaz aldığını, 2026-cı ildə isə gündəlik qaz idxalının 22 milyon kubmetr təşkil etdiyini açıqlamışdı.