Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yol polisindən sürücülərə vacib xəbərdarlıq

2 dəq
Paylaş:
Yol polisindən sürücülərə vacib xəbərdarlıq

Baş Dövlət İdarəsi məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, təhlillərə əsasən, yol- hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub.

Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur. Ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.

Məlumatda qeyd olunub ki, qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax