ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, əgər İrana nüvə silahı əldə etməyə imkan verilməyəcəyi aydınlaşdırılsa, Donald Tramp nəticədən məmnun qalacaq.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər yayıb.
Vens həmçinin qeyd edib ki, ölkəsi aydın sonu və məqsədi olmayan yeni uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır.
O, Trampın İrana nüvə silahı əldə etməməsi və nüvə qabiliyyətini bərpa etməməsi üçün uzunmüddətli öhdəlik götürməsinə qərar verdiyini vurğulayıb.