Çinin xarici işlər naziri Vanq Yi mayın 26-da BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik etmək üçün Nyu-Yorka səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mayın 22-də Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Vanq Yi mayın 28-də Nyu-Yorkda keçiriləcək Qlobal İdarəetmə Dostları Qrupunun iclasında da iştirak edəcək.
Bildirilib ki, Çinli nazir səfər çərçivəsində BMT-nin Baş katibi və müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirəcək.
Eyni zamanda qeyd olunub ki, Vanq Yi Kanada xarici işlər naziri Anita Anandın dəvəti ilə 28-30 may tarixlərində Kanadaya rəsmi səfər edəcək.