Valideynləri tərəfindən zorla ərə verilən qız sığınacağa yerləşdirildi

Valideynləri tərəfindən zorla ərə verilən qız sığınacağa yerləşdirildi
07.07.2023 13:58
Aa
dəq

Sumqayıta qaçırılan 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, quruma qızın valideynləri tərəfindən məişət zorakılığına məruz qalması, erkən nikaha məcbur edilməsi ilə bağlı müraciət daxil olub.

Müraciətə əsasən Daxili İşlər Nazirliyinə və Abşeron rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məlumat verilib. 

Monitorinq qrupunun üzvləri ailəyə səfər etmiş və yetkinlik yaşına çatmayan qızın evdən valideynləri tərəfindən çıxarıldığı və Sumqayıt şəhərinə qaçırıldığı bildirilib. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində yetkinlik yaşına çatmayanın yeri müəyyən edilib və Abşeron rayon icra hakimiyyətinə gətirilərək izahatı alınıb. Onun istəyinə əsasən təhlükəsizliyi təmin olunması məqsədilə sığınacağa yerləşdirilib. 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən qanunvericilik çərçivəsində müvafiq araşdırma aparılır, həmçinin məişət zorakılığından zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxslə bağlı hüquqi, sosial xarakterli tədbirlər görülür. 

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu