Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyədə "OnlyFans" əməliyyatı: 16 nəfər saxlanılıb, milyonlarla dollar müsadirə edilib

2 dəq
Paylaş:
Türkiyədə "OnlyFans" əməliyyatı: 16 nəfər saxlanılıb, milyonlarla dollar müsadirə edilib

Türkiyənin 8 vilayətində, o cümlədən İstanbul və Ankarada "" platforması ilə əlaqəli ittihamı ilə 16 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində ümumi dəyəri təxminən 300 milyon lirə (6,9 milyon dollar) olan aktivlərə həbs qoyulub.

Prokurorluğun məlumatına görə, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

İstintaqın hədəfində 25 şübhəli şəxs və iki şirkət dayanırdı. Şübhəlilərin sosial şəbəkələrdə qeyri-etik məzmunlar paylaşaraq istifadəçiləri "OnlyFans" və "Telegram" kimi ödənişli platformalara yönləndirdikləri və bu yolla qanunsuz gəlir əldə etdikləri bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərə məxsus 10 daşınmaz əmlak, 14 vasitəsi və 2 şirkət müəyyən edilərək müsadirə olunub.

Qeyd edək ki, Londonda mənzillənən "OnlyFans" platforması 2023-cü ilin iyun ayından etibarən Türkiyədə məhkəmə qərarı ilə bloklanıb. Buna səbəb platformadakı məzmunların ictimai mənəviyyata və ailə dəyərlərinə zidd hesab edilməsidir. Lakin istintaq materiallarına görə, şübhəlilər VPN xidmətlərindən istifadə edərək sayta giriş təmin ediblər. Əldə edilən qanunsuz vəsaitlərin isə daşınmaz əmlak alışı, həmçinin "Bitcoin" və qızıl investisiyaları vasitəsilə yuyulduğu iddia edilir. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax