Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Özbəkistan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

2 dəq
Paylaş:
Azərbaycan və Özbəkistan XİN-ləri arasında məsləhətləşmələr keçirilib

iki ölkənin nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində Daşkənddə ikitərəfli gündəliyin məsələlərini müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşünün yekunlarına dair "Telegram"da bildirib.

Saidov qeyd edib ki, Şərifovun səfəri çərçivəsində baş tutan danışıqlar etimad mühitində keçib. Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini ətraflı nəzərdən keçiriblər.

"İki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun yekunlarını alqışlayırıq. Dövlətlərimizin fəal, dostluq və etimada əsaslanan dialoqu Özbəkistan və Azərbaycan arasında strateji və müttəfiqlik münasibətlərinin dinamik inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Biz ikitərəfli münasibətlərin aktual gündəliyini ətraflı müzakirə etdik", - Özbəkistanın XİN rəhbəri yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə