ABŞ-nin Kaliforniya ştatından Vaşinqton ştatına gələn 35 yaşlı şəxsin yük maşınının kuzovunda gilyotin aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, polis Philan Tam Duy Leni saxlayıb, onun Vaşinqtona hansı məqsədlə gəldiyini müəyyənləşdirmək üçün araşdırma aparır.
Le-nin idarə etdiyi yük avtomobili Konqres binası və Ali Məhkəmənin yaxınlığında qaydalara uyğun olmayan şəkildə saxlanılmış vəziyyətdə aşkarlanıb.
Şüphəliyə aid olduğu ehtimal edilən "Instagram" hesabında Vaşinqtondakı FTB-nin baş qərargahının qarşısında gilyotinlə dayanan şəxsin videosu paylaşılıb.
Videodakı şəxs “FTB binasının qarşısındayam, sadəcə bir az pendirli pizza yeyirəm” deyib.
Paylaşımda “Gilyotinin macəraları” ifadəsi yazılıb.
Polis bu cür hadisələrin mütləq siyasi məqsədlə bağlı olmadığını bildirir.