Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şuşada 27 abidə bərpa edildi

2 dəq
Paylaş:
Şuşada 27 abidə bərpa edildi

Şuşa azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanılıb və son bir neçə il ərzində çox sürətlə inkişaf edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, işğal nəticəsində şəhərlər və infrastruktur dağıdılıb, tarixi-mədəni irs məhv edilib, əhali məcburi köçkünə çevrilərək qırğınlara məruz qalıb, ekoloji tarazlıq pozulub, sosial-iqtisadi həyat iflic vəziyyətinə düşüb, həmçinin tarixi kimliyə və mədəni yaddaşa ciddi ziyan dəyib.

“Şuşada 200-ə yaxın tarixi və abidəsi mövcuddur və onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Hazırda Tut bağında 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa olunub”,- deyə o diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax