Şamaxıda daha bir zəlzələ qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Pirqulu stansiyasından 23 km cənub-qərbdə, Şamaxı rayonu ərazisində baş verib. Maqnitudası 3 olan zəlzələ sakinlər tərəfindən hiss olunmayıb.
Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.
***
Şamaxı rayonunda, Pirqulu stansiyasından 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Təkanlar episentrdə və ona yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bununla da Şamaxıda son iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.