Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahdağa qar yağdı: Faktiki hava şəraiti haqqında məlumat

2 dəq
Paylaş:
Şahdağa qar yağdı: Faktiki hava şəraiti haqqında məlumat

Mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı davam edir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Daşkəsəndə 21, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, Gədəbəydə 14, İsmayıllı, Naftalanda 10, Sədərəkdə 9, Biləsuvar, Qəbələdə 8, Lerik, Qrız, Ağsu, Gəncə, Göygöldə 7, Bərdə, Mingəçevir, Naxçıvan, Şərurda 6, Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuzda 5, Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubadda 4, Beyləqan, İmişli, Şamaxı, Ağstafada 3, Bakıda və yarımadasında, eyni zamanda Kürdəmirdə 2, Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax