Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Ölənlər rayonun Şorsulu kənd sakinləri Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur. Yaralılar isə Hümbətov Əlifağa Elsevər oğlu, Məmmədova Rəhmiyyə Rəhman qızı və Əsədov Vüqar Tahir oğludur.
***
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün saat 18 radələrində "Toyota" və "VAZ" markalı avtomobillər toqquşub.
Qəza zamanı 2 nəfər ölüb, 4-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.