Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Salyanda FHN əməkdaşı qəzada öldü - YENİLƏNİB

2 dəq
Paylaş:
Salyanda FHN əməkdaşı qəzada öldü - YENİLƏNİB

21 fevral 2026-cı il tarixində, səhər saat 06:00 radələrində faciəvi yol- hadisəsi qeydə alınıb. Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı vəzifələrini yerinə yetirən əməkdaşları hərəkətdə olan yük avtomobili vurub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu həyatını itirib.

Qəza zamanı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"FHN-in xidmətindən məlumat verilib. Rəsmi məlumata görə, xəsarət alan E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yanan avtomobili söndürməyə çalışan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını yük maşını vurub, nəticədə bir nəfər həlak olub.

Hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yanan “Ford Tranzit” markalı yük avtomobilini söndürən yanğınsöndürənləri hərəkətdə olan “Ateco” markalı yük maşını vurub.

Qəza nəticəsində FHN-in Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində dünyasını dəyişib.

Digər əməkdaş, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax