Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın bəzi rayonlarında leysan yağır: Faktiki hava

1 dəq
Paylaş:
Azərbaycanın bəzi rayonlarında leysan yağır: Faktiki hava

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar xarakterlidir.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 ( normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək alınıb.

Səhər saatlarından Bakıda və yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax