2025-ci ildə Azərbaycanda 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
"Ötən il sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 milyard manat dəyərində məhsul ixrac edilib", - deyə o qeyd edib.