Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Polşa hava məkanını pozan naməlum obyektin qalıqları tapıldı

2 dəq
Paylaş:
Polşa hava məkanını pozan naməlum obyektin qalıqları tapıldı

Polşa Silahlı Qüvvələri Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri zamanı ölkənin hava məkanında qeydə alındığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Komandanlığının məlumatına görə, Ukraynanın qərb bölgələrinə edilən intensiv hücumlar zamanı Polşa hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bildirilib ki, radar sistemləri Ukrayna ərazisi üzərində hərəkət edən çoxsaylı raketləri izləyib. Onlardan biri yerli vaxtla saat 03:29-da Polşa sərhədinə təxminən 5 kilometr məsafəyə yaxınlaşıb. Saat 03:40-da isə Polşa hava məkanına daxil olan naməlum obyekt aşkarlanıb.

Obyekti müəyyən etmək məqsədilə əraziyə "F-16" qırıcı təyyarəsi göndərilib. Lakin saat 03:46-da obyekt radar sistemlərindən itib. Daha sonra bölgəyə göndərilən "Mi-24" helikopteri obyektin düşdüyü ehtimal olunan ərazini – Lublin bölgəsindəki Tarnava-Koloniya kəndi yaxınlığını müəyyən edib.

Polşa Daxili İşlər və İdarəetmə Nazirliyinin məlumatına əsasən, polis əməkdaşları səhər saatlarında ərazidə təxminən 10 metr diametrində çuxur və naməlum obyektə aid qalıqlar aşkarlayıblar.

Lublin polisi isə bölgədə güclü partlayış səsi eşidilməsi barədə məlumatlar daxil olduğunu bildirib. Hüquq-mühafizə orqanları Tarnava-Koloniya və Tokarı kəndləri arasındakı ərazidə, yaşayış məntəqələrindən təxminən 2 kilometr uzaqlıqda dağıntılar aşkar edib.

Polşanın hadisə ilə bağlı açıqlama verərək, Rusiya-Ukrayna müharibəsi fonunda Polşa hava məkanının pozulduğunu təsdiqləyib. O, və aidiyyəti qurumların rəhbərləri ilə təcili koordinasiya görüşü keçirdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax