Naxçıvanda saxta kredit vədi ilə kiberdələduzluq edən şəxs saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim etdiyi müəyyən olunub. O, 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələrdən istifadə edərək vətəndaşlarla əlaqə yaradıb.
Həmçinin, "TikTok" platformasında "azturan83", "turanbank_az", "azeturanbank" və "krediagro" adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi verilib. Bu qanunsuz yolla 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.