Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Naxçıvanda 41 kq metamfetamin tutuldu

1 dəq
Paylaş:
Naxçıvanda 41 kq metamfetamin tutuldu

Naxçıvanda həyata keçirilən zamanı İrandan Türkiyəyə gedən yük maşınında xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye metamfetamin aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda maddə qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycandan tranzit keçməklə hərəkət edən yük vasitəsi "Şahtaxtı" gömrük postunda yoxlamaya cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinə aid qoşquda kustar üsulla hazırlanmış xüsusi yeri müəyyən edilib. Həmin yerdən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax