Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə hərbçimiz həlak olub, biri isə yaralanıb

2 dəq
Paylaş:
Kəlbəcərdə hərbçimiz həlak olub, biri isə yaralanıb

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində vəzifələrini yerinə yetirərkən Ordusunun qulluqçuları Mənsimli Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir:

"Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb:

Müdafiə Nazirliyinin rəhbərliyi olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir. Allah rəhmət eləsin".

Nazirlik vurğulayıb ki, faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax