Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gəncədə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

1 dəq
Paylaş:
Gəncədə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Arif oğlu Şirinov ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb, bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxararaq xilas ediblər və onu təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax