Quba rayonunda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Bu, əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyevdir.
Baxış zamanı həmin şəxsdən ümumilikdə 4 kiloqram 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.