Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hondurasda ağır yol-nəqliyyat hadisəsi: 7 nəfər həlak olub

2 dəq
Paylaş:
Hondurasda ağır yol-nəqliyyat hadisəsi: 7 nəfər həlak olub

Hondurasın paytaxtı Tequsiqalpada baş vermiş ağır nəticəsində 7 nəfər dünyasını dəyişib, azı 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "La Prensa" qəzetinin xilasetmə xidmətlərinə istinadən yaydığı məlumata görə, hadisə -Nueva rayonunda qeydə alınıb.

İlkin ehtimallara görə, ağır tonnajlı yük maşını sistemindəki nasazlıq səbəbindən idarəetmədən çıxıb. Yüksək sürətlə hərəkət edən vasitəsi yol kənarındakı bir neçə avtomobilə, müəssisəyə və piyadalara çırpılıb. Qəza nəticəsində həlak olanlar arasında yük maşınının sürücüsü Osman Quterres Espinal da var.

Hadisə yerinə cəlb olunan xilasedicilər və əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Xəsarət alan şəxslər paytaxtdakı xəstəxanalara yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax