Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul vəsaiti oğurlanıb.
DİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də məlum olub.
Araşdırma aparılır.