Əsas məzmuna keç

İsveçrədən idxal olunan uşaq qidasında təhlükəli çirkləndirici aşkarlandı

İsveçrədən idxal olunan uşaq qidasında təhlükəli çirkləndirici aşkarlandı

Azərbaycana idxal edilən uşaq qidasında təhlükəli çirkləndirici maddə müəyyən edilib. Söhbət İsveçrənin “Hochdorf Swiss Nutrition Ltd” şirkətinin...

ru en

Azərbaycana idxal edilən uşaq qidasında təhlükəli çirkləndirici maddə edilib. İsveçrənin “ Swiss Nutrition Ltd” şirkətinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı uşaq qidasından gedir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.

Bildirilib ki, 09.10.2025–09.10.2027-ci il istehsal və son istifadə tarixlərini əhatə edən məhsul partiyasında “Sereulid” adlı çirkləndirici aşkarlanıb.

AQTA-dan verilən məlumata əsasən, sözügedən uyğunsuzluqla bağlı məlumat Agentliyə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə daxil olub. Daxil olan bildiriş dərhal nəzarətə götürülüb və operativ araşdırmalara başlanılıb.

Araşdırmaların nəticəsi olaraq, risk daşıyan məhsul partiyasının ölkə ərazisində satışa və dövriyyəyə buraxılmasının qarşısı alınıb. AQTA qeyd edib ki, istehlakçıların sağlamlığının qorunması məqsədilə bu cür hallarla bağlı nəzarət tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…