"Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Balakən rayonunun Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.