Əsas məzmuna keç

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq

Prezident İlham Əliyevin yeni Fərmanı ilə paytaxtın idarəetmə strukturunda köklü dəyişikliklər edilir. Bəs bu yeniliklər hansı qurumları əhatə edəcək?

ru en

Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bəzi qərarlar alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…