Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda gül mağazasında partlayış və yanğın baş verdi

2 dəq
Paylaş:
Bakıda gül mağazasında partlayış və yanğın baş verdi

şəhəri, rayonu, Elşən Suleymanov küçəsində gül mağazasında partlayışla müşayiət olunan yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından MühafizəXüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mağazada partlayışın baş verdiyi təsdiqlənib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 38 kv.m. olan mağazanın yanar konstruksiyaları yararsız hala düşüb.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax