Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

79 nömrəli marşrut xəttində avtobuslar tamamilə yenilənir

1 dəq
Paylaş:
79 nömrəli marşrut xəttində avtobuslar tamamilə yenilənir

Yerüstü Agentliyindən verilən məlumata görə, 79 nömrəli xəttində istismar olunan avtobus parkı tamamilə yenilənir. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə birləşdirən bu xətt üzrə vasitələrinin bir hissəsi artıq ötən ilin oktyabr ayında yenilənmişdi.

İyunun 1-dən etibarən isə xəttə cəhətdən təmiz, CNG mühərrikli yeni avtobuslar cəlb olunacaq. Bununla da marşrut üzrə ümumilikdə 16 avtobus 7 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Xidmət şərtləri:

  • Ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.
  • Gedişhaqqı 0,60 AZN təşkil edir.

Qeyd edək ki, son dövrlərdə mediada 79 nömrəli marşrut xəttində hərəkət intervallarının pozulması və xüsusilə axşam saatlarında avtobusların tapılmasında çətinliklər yaşanması ilə bağlı şikayətlər yer alırdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax