Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

79 nömrəli marşrutun bütün avtobusları yenilənir

1 dəq
Paylaş:
79 nömrəli marşrutun bütün avtobusları yenilənir

79 nömrəli marşrutun bütün avtobusları yenilənir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Agentliyindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə 79 nömrəli marşrut xəttində avtobusların bir qismi ötən ilin oktyabrında yenilənmişdir.

İyunun 1-dən marşrut xəttinə cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar əlavə edilməklə ümumilikdə 16 vasitəsi 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Qeyd edək ki, son günlər mediada 79 nömrəli avtobusun hərəkət intervalında gecikmələr olduğu, axşam saatlarında isə bu sərnişin avtobusunu tapmağın müşkülə çevrildiyi barədə məlumatlar yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax