Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıxanovda ev çökdü: Dağıntı altından bir nəfər xilas edildi

1 dəq
Paylaş:
Bakıxanovda ev çökdü: Dağıntı altından bir nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində şəraiti qiymətləndirilərkən, səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli xəsarətlər alaraq altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax