Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda 66 kq narkotik ələ keçirildi

2 dəq
Paylaş:
Bakıda 66 kq narkotik ələ keçirildi

Bakının Qaradağ rayonunda polis əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində külli miqdarda ələ keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, ümumilikdə 66 kiloqram qanunsuz dövriyyədən çıxarılıb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi ilk zamanı 43 Əkbər saxlanılıb. Onun üzərindən 21 kq 302 qram marixuana, 496 qram tiryək50 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.

İdarə əməkdaşlarının növbəti əməliyyatı zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, 39 yaşlı Elxan Bəndəliyev tutulub. Baxış zamanı ondan 23 kq 975 qram marixuana aşkarlanıb.

Sonuncu əməliyyat tədbiri çərçivəsində isə Lökbatan qəsəbəsində narkotiklərin satışını təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, həmyaşıdı Nazir Tağıyev34 yaşlı Urfan Məmmədli saxlanılıblar. Bu şəxslərdən Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirmək məqsədilə gətirdikləri 20 kq 250 qram marixuana müsadirə edilib.

Rəsmi məlumata əsasən, son əməliyyatlar zamanı cəmi 66 kiloqramdan artıq narkotik vasitənin satılmasının qarşısı alınıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax