Operativ Məlumat Mərkəzi

Nəqliyyat sıxlığının aradan qaldırılması üçün yeni dəyişikliklər ediləcək

2 dəq
Paylaş:
Nəqliyyat sıxlığının aradan qaldırılması üçün yeni dəyişikliklər ediləcək

Bakının Yasamal rayonunda təhlillər göstərib ki, Salamzadə küçəsindən Ziya prospekti istiqamətində hərəkət etmək istəyən vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir. Bu isə həmin ərazidə ciddi sıxlığa səbəb olur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sürücülər Ə. Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə manevri edirlər. Bu hal hərəkət axınının sürətini azaldır, yolun buraxılış qabiliyyətini zəiflədir, pik saatlarda ciddi tıxac yaradır.

Mövcud problemin aradan qaldırılması üçün ərazidəki arakəsmə ləğv ediləcək, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə birbaşa çıxış təmin olunacaq, beləliklə, geriyədönmə manevrlərinə ehtiyac qalmayacaq və hərəkətin axıcılığı artırılacaq.

Layihə çərçivəsində Tbilisi prospektinin Ə. Salamzadə küçəsi ilə kəsişməsi işıqforla tənzimlənəcək, piyadaların təhlükəsiz və rahat hərəkəti üçün keçid imkanları yaradılacaq.

AYNA-nın məlumatına görə, görüləcək bu tədbirlər həm sürücülər, həm də piyadalar üçün yol hərəkətinin təhlükəsizliyini və rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax