Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mayın 26-sı gündüz saatlarında Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Sinoptiklər yarımadanın müxtəlif ərazilərində yağış yağacağını proqnozlaşdırırlar. Həmçinin, bəzi yerlərdə yağışın qısa müddətə intensivləşməsi və şimşək çaxması ehtimalı da var.