Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı bulvarındakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlanıb

1 dəq
Paylaş:
Bakı bulvarındakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlanıb

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən " Kahvesi" yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax