Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları tam ödənilib.
Nazirlikdən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən rəsmi məlumata əsasən, Fond bu ay üçün nəzərdə tutulan bütün sosial ödənişləri artıq başa çatdırıb.
Xatırladaq ki, bundan əvvəl 13 fevral tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə ödənişlər icra olunmuşdu.
20 fevralda isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları vətəndaşların hesablarına köçürülüb.