Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Asbest Azərbaycanda rəsmən qadağan edildi

3 dəq
Paylaş:
Asbest Azərbaycanda rəsmən qadağan edildi

və tərkibində asbest olan materialların dövriyyədən çıxarılmasını son oxunuşda təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, parlamentin bugünkü iclasında "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" qanuna edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Asbest qadağası nə vaxt qüvvəyə minəcək?

Dəyişiklik layihəsinə əsasən, təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılmış əşyaların siyahısına daxil edilir. Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xatırladaq ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Azərbaycanda asbest idxalı və bazar payı: Statistik rəqəmlər

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəyə asbest idxalında aşağıdakı dinamika müşahidə olunur:

  • 2023-cü il: 591 ton asbest və 30 min 238 ton asbest tərkibli təbəqə;
  • 2024-cü il: 1 045 ton asbest və 27 min 634 ton asbest tərkibli təbəqə.

Hazırda asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² (1,5 milyon list) həcmindədir. Ümumi dam örtüyü bazarının 15-20 faizi məhz şiferin payına düşür.

Sağlamlıq üçün risklər və qadağanın səbəbi

Elmi araşdırmalar bu materialın insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi edilib.

Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur. Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax