Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456,646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd olunub.
Məlumata görə, aşkarlanmış faktlar üzrə müsadirə olunmuş maddələrin böyük hissəsini, yəni 765 kq 086,6 qramını marixuana təşkil edib.
Statistikaya əsasən, dövriyyədən həmçinin 76 kq 396,846 qram heroin, 23 kq 339 qram tiryək və 20 kq 032,8 qram həşiş çıxarılıb.
Siyahıda digər narkotik vasitələr 6 kq 043,5 qram, psixotrop maddələr isə 2 kq 557,9 qram həcmində qeydə alınıb.