Avstraliyada H5 tipli quş qripi virusunun vəhşi quşlar arasında yayıldığı ilk dəfə rəsmi şəkildə təsdiqlənib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "ABC News"un məlumatına əsasən, ölkənin Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq naziri Culi Kollins açıqlama verib.
Bildirilib ki, Cənubi Avstraliya ştatında aparılan araşdırmalar nəticəsində H5 tipli quş qripi virusunun vəhşi quşlar arasında yerli səviyyədə yayıldığı müəyyən edilib.
Nazir qeyd edib ki, bu, Avstraliyada virusun vəhşi quş populyasiyası daxilində yayılmasının ilk rəsmi təsdiqidir. Onun sözlərinə görə, vəziyyət nəzarət altında saxlanılır.
Məlumata görə, Culi Kollins gələcəkdə ölkənin yabanı təbiətində yeni yoluxma hallarının aşkarlanacağını istisna etməyib və aidiyyəti qurumları, eləcə də əhalini diqqətli olmağa çağırıb.