Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Argentinada dəhşətli helikopter qəzası: 7 nəfər həlak olub

2 dəq
Paylaş:
Argentinada dəhşətli helikopter qəzası: 7 nəfər həlak olub

Argentinanın San Xuan əyalətində baş verən nəticəsində 7 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Bell 412" tipli "Ischigualasto" Dövlət Parkı ərazisində qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzanın texniki nasazlıq, yoxsa ilə bağlı olub-olmadığı aparılan araşdırmalardan sonra müəyyənləşəcək.

San Xuan əyalətinin qubernatoru Marselo Orreqo hesabında hadisəni təsdiqləyərək həlak olanların ailələrinə başsağlığı verib. O bildirib ki, dövlət qurumları zərərçəkən ailələrə lazımi dəstəyi göstərəcək.

Məlumata görə, qəza nəticəsində həyatını itirənlər arasında yüksək vəzifəli dövlət və rəsmiləri də olub.

İlkin məlumatlara əsasən, həlak olanlar arasında San Xuan Mülki Müdafiə İdarəsinin rəhbəri Karlos Heredia, Əyalət Polis İdarəsinin rəis müavini German Videla, eləcə də Yanğınsöndürmə Departamentinin nümayəndələri Ruben Kastro və Xorxe Karbaxalın olduğu bildirilir.

Hazırda hadisə yerində xilasetmə və araşdırma qrupları fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax