"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə səhmdar cəmiyyətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumatda bildirilir.
Təyin olunmuş qrafikə əsasən, sərnişinlər 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.
Qatarların hərəkət vaxtı aşağıdakı kimi tənzimlənib: Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.
ADY sərnişinlərə bayram səfərlərinə indidən hazırlaşmağı tövsiyə edir. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.