Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İran aviaşirkətləri ilə işləyənlərə sanksiya xəbərdarlığı etdi

2 dəq
Paylaş:
ABŞ İran aviaşirkətləri ilə işləyənlərə sanksiya xəbərdarlığı etdi

ABŞ Maliyyə Nazirliyi İran aviaşirkətləri ilə edən xarici şirkətlərə qarşı sanksiya xəbərdarlığı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Maliyyə naziri Skott bu barədə “X” sosial şəbəkəsində açıqlama yayıb.

Bessent bildirib ki, sanksiya tətbiq olunan İran aviaşirkətləri ilə hər hansı ABŞ sanksiyalarına məruz qalma riski yaradır. Onun sözlərinə görə, xarici ölkələr öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş xidmətləri və ya baxış kimi xidmətlər göstərməsinin qarşısını almaq üçün tədbirlər görməlidirlər.

ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, Vaşinqton “ təzyiq” siyasəti çərçivəsində İranla əməkdaşlıq edən istənilən üçüncü tərəfə qarşı addım atmaqdan çəkinməyəcək.

Məlumata görə, ötən həftə ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 19 neft tankerinə və Çin, BƏƏ, Liberiya, Panama, Vyetnam, Virgin adaları, Kayman adaları və Marşal adaları daxil olmaqla bir neçə ölkəyə məxsus 20 şirkətə qarşı sanksiyaları genişləndirib. Siyahıya Çinin iri neft-kimya şirkətlərindən biri olan “Hengli Petrochemical” da daxil edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax