Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İran razılaşması: Cey Di Vensin Cenevrəyə səfəri gözlənilir

1 dəq
Paylaş:
ABŞ-İran razılaşması: Cey Di Vensin Cenevrəyə səfəri gözlənilir

Hava Qüvvələri vitse- Cey Di Vensin mümkün Cenevrə üçün avadanlıqları Avropaya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Ruzen sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, yenilənmiş razılaşma layihəsini müzakirə edən vasitəçi ölkələrdən birinin diplomatı ABŞ və İranın müqavilə mətninə dair razılığa gəldiyini bildirib.

Lakin diplomat yekun təsdiqin hələ də verilmədiyini və prosesin tamamlanmadığını qeyd edib.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri vitse-prezident Cey Di Vensin yaxın günlərdə mümkün imzalanma mərasimində iştirak etmək üçün Cenevrəyə səfəri halında istifadə olunacaq avadanlıqları çatdırmaq məqsədilə Avropaya yola düşüb.

Qeyd olunub ki, tərəflər arasında əldə olunduğu iddia edilən razılaşma ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax