Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın reytinqi Baydenin minimum göstəricisindən də aşağı düşüb

2 dəq
Paylaş:
Trampın reytinqi Baydenin minimum göstəricisindən də aşağı düşüb

Trampın fəaliyyətinə ictimai dəstək siyasi karyerasının ən aşağı səviyyəsinə enib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “” və “Ipsos” agentliklərinin birgə keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin yalnız 33 faizi dövlət başçısının fəaliyyətini dəstəkləyir.

Bu göstəricinin artıq üçüncü ardıcıl sorğuda dəyişmədiyi bildirilir. Trampın hazırkı reytinqi onun sələfi Co Baydenin 2024-cü ilin oktyabrında qeydə alınan 35 faizlik göstəricisindən də aşağıdır.

Qeyd edək ki, Trampın prezidentlik müddətinin əvvəlində onun fəaliyyətini amerikalıların 47 faizi dəstəkləyirdi. Lakin İranla yaşanan gərginlik və hökumətin iqtisadi siyasətinə qarşı artan narazılıqlar prezidentə dəstəyin azalmasına səbəb olub.

Bundan əlavə, qeydiyyatdan keçmiş seçicilərin yarıdan çoxu Trampın 2025-ci ildə yenidən seçilməsindən sonra maliyyə vəziyyətlərinin pisləşdiyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə