ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ qüvvələrinə edilən hücumlara cavab olaraq İrana çox sərt şəkildə zərbə endirəcəklərini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp həmçinin ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus hədəflərə endirdiyi hava zərbələrinin İraq hökuməti ilə koordinasiya şəraitində həyata keçirildiyini bildirib.
İranın dəstəklədiyi silahlı qruplaşmaları "dünyanın xərçəngi" adlandıran ABŞ prezidenti bu qruplara xəbərdarlıq etməyi də nəzərdən keçirdiyini deyib.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə ötən gün keçirdiyi görüşü də dəyərləndirərək, onu möhtəşəm adlandırıb və ABŞ ilə İsrail arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.