"İran razılaşdırılmış şərtləri qəbul edərsə, “Epik Qəzəb” əməliyyatı dayandırılacaq və Hörmüz boğazı da açılacaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər İranın razılaşdırılmış şərtləri qəbul edəcəyini fərz etsək, bu, bəlkə də böyük bir fərziyyədir. Artıq əfsanəvi sayılan “Epik Qəzəb” əməliyyatı başa çatacaq və son dərəcə təsirli olan blokada sayəsində Hörmüz boğazı İran da daxil olmaqla hamı üçün açıq olacaq”, - o deyib.
Tramp əlavə edib ki, şərtlər qəbul edilməzsə, bombardman başlayacaq və bu, əvvəlkindən daha yüksək səviyyədə və daha intensiv olacaq.